23 May 2014

EY Azərbaycan Bakıda “Rəngli düşüncələr” adlı incəsənət sərgisinin sponsorudur

Press release

  • Share

EY Azərbaycan istedadlı gənclərə dəstək verməyə davam edir. Bu dəstək daha yaxşı iş dünyasının qurulması yollarından biridir.

40-dan artıq gənc istedadlı Azərbaycanlı rəssam Azərbaycan Rəssamlar İttifaqında öz rəngkarlıq əsərlərini nümayiş etdirirlər. Onların işlərinə geniş miqyaslı yağlı boyalarla çəkilmiş rəsmlər, şəkillər, qravüralar və sulu boya ilə çəkilmiş əsərlər daxildir. Ənənəvi mövzuları, kompozisiya və texnikaları birləşdirərək rəssam və heykəltəraşların işləri müasirlik, eləcə də güclü enerji və zəriflik ətrini saçır.

Rəngkarlıq əsərləri əyani üslubda yaradılmışdır və özünə çoxlu diqqət çəkir. Heykəltəraşlar keramikanı seçməklə işlərinə daha çox ənənəvi Azərbaycan mədəniyyətinin elementlərini əlavə etmək və taxtadan istifadə etməklə incəsənətin canlılığını hərəkətə gətirmək üçün öz yaradıcılıq hüdudlarından kənara çıxmışlar.

İncəsənət sərgisi ölkənin istedadlı gənc rəssamlarını dəstəkləyən EmArt studiyasının sahibi Emin Qəhrəmanov tərəfindən kurasiya olunur.

22 mayda 150-yə yaxın Azərbaycan rəssamı və EY icmasından qonaqlar sərginin açılışında iştirak etdilər. Hörmətli qonaqlar arasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, yerli və beynəlxalq şirkətlər və mədəniyyət və media müəssisələrinin digər nümayəndələri olmuşdur.

EY Azərbaycanın İdarəedici partnyoru İlqar Vəliyev qonaqları salamlayaraq qeyd etdi ki, layihənin əsas məqsədi ictimaiyyətin incəsənətə dair məlumatlılığını artırmaq və öz işləri vasitəsilə dünyamızın daha yaradıcı olması üçün ilham gətirən və stimul verən istedadlı gənc Azərbaycanlı rəssamlarını dəstəkləməkdir.

“Tədbirin məqsədi təkcə rəssamları bir araya gətirmək deyil, həm də dünyada baş verən proseslərdə rəssamların yerini müəyyən etməkdir. Dəstəklədiyimiz sərgi və nümayişlər insanlara və icmamızın üzvlərinə təqdim edilərək onlara ilham və motivasiya verir. İstedadlı rəssamlara yardım göstərməyimiz bizdə məğrurluq hissini doğurur. Biz razılaşırıq ki, incəsənət parlaqlığı və müxtəlifliyi ilə seçilən mədəniyyətimizə töhfənin verilməsində aparıcı rol oynayır”, deyə İlqar Vəliyev söylədi.

Emin Qəhrəmanov EY-ın incəsənətə verdiyi töhfəsinə görə öz minnətdarlığını bildirdi: “EY-ın gənc və istedadlı rəssamların dəstəklənməsi və yeni ideya və perspektivlərin təklif olunması ehtiyacından irəli gələrək bu layihəni keçirmək təşəbbüsü ilə çıxış etməsi və onu maliyyələşdirməsi sevindirici haldır.”

Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov gənclərə göstərilən dəstəyi yüksək dəyərləndirdi.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun baş məsləhətçisi Anar Qurbanov gənc nəslin yaradıcılıq təzahürü üçün imkanları artıran bu təşəbbüsü dəstəklədi.

Sərginin ən dərin təsir bağışlayan hissəsi məşhur rəssam tərəfindən master-klass zamanı göstərdiyi məharət oldu ki, bu da ziyarətçilər arasında həddindən artıq böyük marağa səbəb oldu. Rəssamlar geniş çeşidli parçalar, rəng və xətlərdən istifadə etməklə kətan üzərində üç kollajdan ibarət kompozisiya yaratdılar.

Sərgi 28 may 2014-cü il tarixinədək açıq olacaq.

İncəsənət sərgisi istedadlı gənc rəssamların ölkədə tanınması baxımından mühüm bir hadisədir. 

EY haqqında
EY audit, vergi və hüquq, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq. 

EY bütün MDB-də müştərilərin ehtiyacalarına uyğun olaraq öz xidmət və resurslarını genişləndirir. Moskva, Sankt Peterburq, Bakı, Vladivostok, Kazan, Almatı, Astana, Kiyev, Donetsk, Daşkənd, Minsk, Tbilisi və digər şəhərlərdə fəaliyyət göstərən 20 ofisdə 4,800 mütəxəssis çalışır. 

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyəti üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda
EY 20 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

2014-cü ildə EY Azərbaycandakı fəaliyyətinin 20 illiyini qeyd edir. Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 160 işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.