23 aprel 2014-cü il

EY şirkətinin Azərbaycandakı Partnyoru, Turqay Teymurov Parisdə 14-cü illik MDB Neft və Qaz Sammitində çıxış etmişdir

Press release

  • Share

Bakı, 23 aprel 2014-cü il

EY Azerbaijan Partner Turgay Teymurov presents at 14th Annual CIS Oil & Gas Summit in Paris 14-cü MDB Neft və Qaz Sammiti MDB regionunda neft və qaz sənayesində mövcud olan iri layihələrin və yeni strategiyaların inkişafına həsr olunmuşdur. 

Sammit MDB-də neft və qaz sənayesinə təsir edən cari tendensiyalar, texniki və maliyyə çətinlikləri, siyasət və normalar və s. kimi müxtəlif mövzuları əhatə etmişdir. 

Samit əsas siyasətçiləri, milli neft şirkətlərini, iri beynəlxalq neft və qaz şirkətlərini, xidmət təchizatçılarıni, mühəndis və digər şirkətləri bir araya gətirmişdir. 

EY-ın Partnyoru və Azərbaycan üzrə neft və qaz istiqamətinin rəhbəri olan Turqay Teymurov “Yerli resursların inkişafı siyasəti” üzrə təqdimat verdi və bu təqdimatda dünyada və MDB-də bu cür siyasətlərə yanaşmanı icmal etdi.

"Yaxşı təşkil edilmiş və idarə olunan yerli resursların inkişafı proqramı millətin iqtisadi inkişafına və dəyərli nailiyyətlərin əldə edilməsinə kömək edir. Ümumi tərəqqini dəstəkləməklə yerli imkanların və sənayenin inkişaf etdirilməsində hökumətin böyük rol oynadığı Norveçi nümunə götürmək olar. MDB ölkələri və xüsusilə də Azərbaycan üç əsas istiqamətdə yerli resursların inkişafı üzrə işlər görür: mal və xidmətlər, insanlar və davamlı inkişaf. Bu günədək bu məqsədlərlə bağlı müəyyən nailiyyətlər əldə edilmişdir, lakin iddialı hədəflər hələ də tam dəf edilməyib. Hökumət və sənaye nümayəndələrinin bu sahədə bir sıra ümumi məqsədləri var və hazırda davam edən dialoq bütün tərəflərin xeyrinə işləyir," Turqay Teymurov demişdir.

Sammit MDB-də Neft və Qaz sektorunda əlamətdar bir hadisəyə çevrilmişdir. EY tədbirin sponsorlarından biridir. 

EY haqqında
EY audit, vergi və hüquq, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq. 

EY bütün MDB-də müştərilərin ehtiyacalarına uyğun olaraq öz xidmət və resurslarını genişləndirir. Moskva, Sankt Peterburq, Bakı, Vladivostok, Almatı, Astana, Atırau, Kiyev, Donetsk, Daşkənd, Tbilisi və digər şəhərlərdə fəaliyyət göstərən 20 ofisdə 4,800 mütəxəssis çalışır. 

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyəti üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda
EY 20 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

2014-cü ildə EY Azərbaycandakı fəaliyyətinin 20 illiyini qeyd edir. Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 160 işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.