Photographic portrait of Maxim Savostianov
Robototexnika və digər yeni texnologiyalar təhdid deyil, səmərəliliyin artırılması üçün fürsətdir.

Maksim Savostianov

EY şirkətinin MDB-də Maliyyə və mühasibat uçotu üzrə məsləhət xidmətləri təcrübəsinin rəhbəri

İlham verən lider. Müştərilərə dəyişən tələblərə uyğun daha yaxşı maliyyə funksiyası qurmağa kömək edir. Həm müştərilər, həm də EY üçün uzunmüddətli dəyər yaratmağa həvəslidir. Ailəlidir, 2 oğlu var.

Office Moscow, RU

2002-ci ildə EY şirkətində işləməyə başladığı ilk gündən MDB ölkələrində Maliyyə və mühasibat uçotu üzrə məsləhət xidmətləri təcrübəsinin qurulması ilə məşğul olmuş və hal-hazırda MDB-də Maliyyə və mühasibat uçotu üzrə məsləhət xidmətləri təcrübəsinin rəhbəridir.

Məsləhət xidmətləri, audit və mühasibatlıq sahəsində 25 ildən çox peşəkar təcrübəyə malik olan Maksim, əsasən Rusiya və digər MDB ölkələrində çoxsaylı sektorlardan olan dövlət qurumlarına və iri transmilli şirkətlərə  xidmət göstərməkdədir.

Maksim mühasibat uçotunun aparılması, maliyyə və qanunvericilik tələblərinə əsaslanan hesabatların hazırlanması, əlaqəli sistemlər və proseslər, maliyyə funksiyalarının təkmilləşdirilməsi və transformasiyası sahəsində dərin biliyə və təcrübəyə malikdir.

Maksim Moskva Aviasiya İnstitutunu İqtisadiyyat ixtisası üzrə bitirmişdir, həmçinin Rusiya Federasiyasının lisenziyalı auditoru və Rusiya Federasiyasının Auditorlar Palatasının üzvüdür.

Maksim Savostianov daha yaxşı iş dünyasının qurulmasına necə töhfə verir?

“Gördüyümüz işin məqsədi insanlara qərar vermək üçün tələb olunan məlumatların əldə edilməsində köməklik göstərməkdir. Bununla isə tez bir zamanda və səmərəli qaydada etibarlı məlumatların alınması nəzərdə tutulur. MHBS prinsiplərinin əməliyyatlara tətbiqi, İT hesabatlılıq sistemlərinin tətbiqinə dəstək, “fast close” və prosesin təkmilləşdirilməsi – bunların hamısı həqiqətdə baş verən hadisələri anlamaqda müştərilərə və digər maraqlı tərəflərə kömək edərək bizneslərinin uğurlarını artırmaq üçün düzgün vaxtda düzgün qərar verməyə istiqamətlənmişdir”.

Maksim Savostianov ilə əlaqə saxla