EY İlin İş Adamı 2020 müsabiqəsinin iştirakçıları

Qalib

HORECA 2011-ci ildə təsis edilib və tez bir zamanda peşəkar təmizlik və gigiyena məhsulları bazarının liderlərindən birinə çevrilib. Bir sıra dünyaca məşhur beynəlxalq brendlərin rəsmi distributoru olaraq HORECA komandası yerli bazarda peşəkar təmizlik və gigiyena məhsullarını tanıdıb. Şirkət istehsalçı və istehlakçılar arasında körpü rolu oynayaraq, HoReCa (Hotels, Restaurants, Catering) sektorunda kimyəvi təmizlik və gigiyena məhsullarının təchizatı, texniki xidmətlərin göstərilməsi və məhsulların istifadə qaydaları ilə bağlı təlim xidmətlərini göstərir (http://horeca.com.az/).

Rəşxan Qaraşlı
Əgər sadə həyat yaşayırıqsa, tariximiz də sadə olacaq. Maraqlı tarix yaratmaq üçün həyatımızı macəralarla doldurmalıyıq. Ömrümüzü uzatmaq əlimizdə deyil, ancaq ömrümüzü bir necə ömrə bərabər yaşamaq bizim əlimizdədir.
Rəşxan Qaraşlı
Təsisçi və rəhbər

Aqrar sahədə dayanıqlı inkişaf nominasiyası

Geotermal Agro Azərbaycanda istehsal prosesində termal sudan istifadə edən ilk kənd təsərrüfatı şirkətidir. Bu şirkət, qeyri-məhsuldar və qısır torpaqlarda tikilmiş müasir istixana müəssisəsində meyvə və tərəvəz yetişdirmək üçün ekoloji cəhətdən təmiz yanaşma tətbiq edir.

Azərbaycanda termal su ilə isidilən ilk və yeganə təsərrüfat obyektimiz ekologiya dostu şirkəti olaraq əkinə yararsız torpaqlarda meyvə və tərəvəzləri yetişdirir və kənd əhalisini işlə təmin edir.
Rasim Əliyev
İcraçı Direktor

İnnovasiyalar nominasiyası 

GoldenPay Azərbaycanın onlayn ödəmələr bazarının ən iri şirkətidir. GoldenPay-ın əsas məqsədi istifadəçilərə rahat və sürətli bir ödəmə üsulu təqdim etməkdir. Bu məqsədlə  GoldenPay geniş istifadə edilən Hesab.az onlayn ödəmə portalını yaradıb. Fəaliyyətə başladığı andan bu günədək şirkət vasitəsilə yüzlərlə xidmətlər üzrə milyonlarla manat həcmində onlayn ödənişlər həyata keçirilib (https://goldenpay.az/).

Böyük şəkli gör, ona inan; komandanı yarat, onları inandır; inadkar ol! Uğur əldə edəcəksən!
Fərid İsmayılzadə
Müşahidə şurasının üzvü

Regional inkişaf nominasiyası

Woodpecker — 2007-ci ildən fəaliyyət göstərən mebel istehsalçısıdır. Onun əsas diqqəti B2B sektoruna yönəldilib. Şirkət fərdi evlər, ofislər, otellər və qonaq evləri ilə yanaşı təhsil müəssisələri üçün mebel və mebel məhsulları təqdim edir. Eyni zamanda şirkət müxtəlif istehlakçı xidmətləri göstərir.

Çatışmayanları tapmaq üçün tələb olunanlardan mövcud olanları çıxmaq lazımdır.
Əliyar Əliyev
Baş icraçı direktor

Sosial təsir nominasiyası

Prometal Azərbaycanda polimer örtüklü dəmirin ilk istehsalçısıdır. Şirkətin istehsal xətti 75 illik təcrübəyə malik Avstraliyanın "Bronx International" şirkəti tərəfindən tərtib edilib. Prometal yerli bazarın tələblərini qarşılamaqda uğur qazanmış və nəticədə bazarın xarici idxaldan asılılığını azaldıb. Texnoloji cəhətdən inkişaf etmiş istehsal xətti yerli mühəndislər və işçilər tərəfindən idarə olunur (https://www.prometal.az/).

Sahibkarlar hətta ən sadə resursları məhsuldar istifadə edərək dəyər əldə edən əzmkar və cəmiyyət üçün çox faydalı insanlardır. Sahibkarların öz həyat prinsipləri vardır, onları dayandırmaq mümkün deyildir!
Rüfət Əzizov
İcraçı direktor

Çaşıoğlu şirkəti 1995-ci ildə təsis edilib. Şirkət nəşriyyat və poliqrafiya fəaliyyəti ilə məşğul olur. Təsis edildiyi gündən etibarən şirkət, təhsil və tədris müəssisələri üçün çoxlu sayda çap materialları nəşr edib. Azərbaycanın mədəni irsinə töhfə vermək səyləri çərçivəsində şirkət bir neçə illər ərzində görkəmli yazıçı və şairlərin bədii əsərlərini nəşr edib. (http://chashioglu.com/)

Məqsədimiz istehsal etdiyimiz məhsulun keyfiyyətini artıraraq idxal olunan istehlak mallarının sayını azaltmaqdır.
Hikmət Hüseynov
Baş icraçı direktor

Easydrill qazma, inteqrasiya olunmuş yoxlama, qaz karotajı və tədarük zənciri də daxil olmaqla neft-qaz sahələrində xidmətlər göstərir. Şirkətin fəaliyyət sahəsi Xəzər dənizi və MDB regionunu əhatə edir. Son beş il ərzində EasyDrill bazardakı müştərilərinin sayını artıraraq dövriyyəsini 50 milyon dollardan artıq səviyyəyə çatdırıb (https://www.easydrill.az/).

İnnovativ ideyaların gerçəkləşməsində kiçik və orta biznesin rolu əvəzolunmazdır. Fərdi sahibkarlığa qayğı ölkənin iqtisadi təhlükəsizliyinin zəminidir. Həyat düşündüyümüzdən daha asandır!
Pirim İsayev
Direktor

Glasshouse 2000-ci ildə təsis edilib və yerli inşaat bazarında ilk şüşə istehsalçısı və təchizatçısından birinə çevrilib. Şirkət geniş çeşidli şüşə məhsullarını istehsal etməyə və yerli inşaat və memarlıq sektorlarını yüksək keyfiyyətli məhsullarla təchiz etməyə imkan verən  Finlandiya, İtaliya və Almaniyada istehsal edilmiş qabaqcıl avadanlıqlardan istifadə edir (http://glasshouse.az/).

Yeni biznes quran insanları ilk öncə biznes öz arxasınca aparır, ancaq uğur, insanların biznesi öz arxasınca aparmasından sonra başlayır.
Bəxtiyar Bəşirov
President

METAK 1997-ci ildə qonşu ölkələrdən polad boruları idxal etmək məqsədi ilə təsis edilib. Hal-hazırda şirkət müştərilərinə əsasən su, qaz və neft təchizatı üçün istifadə olunan geniş çeşidli polad borular və onların komponentlərini təklif edir. Şirkət yüksək keyfiyyətli plastik (polipropilen) borular və fittinqlər, dirəklər, metal profillərin istehsalı ilə məşğul olur. Son zamanlar şirkət fəaliyyətini genişləndirərək kənd təsərrüfatı avadanlıqlarının istehsalı və təkrar emal fəaliyyəti ilə məşğul olmağa başlayıb (https://www.metak.az/).

Zənnimcə, biznes yalnız mənfəət əldə etmək deyil, eyni zamanda cəmiyyət qarşısında məsuliyyət daşımaq deməkdir. Bu səbəbdən mənim üçün müəssisələrimdə şəffaflıq və dürüstlük əsas meyardır .
Alik Kərimov
Şirkətin prezidenti

RR Group 2006-cı ildə təsis edilib. Şirkət inşaat, ticarət və logistika kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. Şirkətin əsas missiyası müxtəlif törəmə müəssisələrində effektiv idarəçiliyi təmin etməklə onları yerli və beynəlxalq səviyyədə tanınan brendlərə çevirməkdir (http://rr-group.az/).

Ömür boyu sabit işdən yapışmaq daha risklidir, nəyinki öz biznesini yeni profildə sınamaq üçün risk etmək. Bir risk müvəqqəti xarakter daşıyır, digəri isə ömür boyu davam edir.
Rəşad Mahiyev
Direktor

Smart Solutions istehsal, neft-qaz, pərakəndə satış və turizm də daxil olmaqla bir sıra biznes sahələrində müştərilərə inteqrasiya olunmuş müasir İKT xidmətləri təqdim edən aparıcı şirkətlərdən biridir. Şirkət xüsusi həll yollarını yaradaraq, tətbiq edərək yaradıb, tətbiq edib və dəstəkləyərək bizneslərin daha effektiv idarə edilməsi və rəqəmsal dünyanın təklif etdiyi imkanlardan maksimum faydalanmaqda müştərilərə köməklik edir. Şirkət yeni məhsul və xidmətlərin yaradılması, yeni bazar seqmentlərinə çıxış və yeni gəlir axınlarının əldə edilməsində müştərilərinə dəstək göstərir (https://smartsolutions.az/).

Şəffaf gələcək naminə satınalmalarda yeniliklər təqdim edirik.
Kənan Tabasaranskiy
Təsisçi

Vəkiloğlu şikəti 2016-cı ildən etibarən ərzaq bazarında fəaliyyət göstərir. Tanınmış brend altında sadə və premium günəbaxan tumları, eləcə də suxariləri zavodda istehsal edir. Bazara buraxdığı meyvə çeşidinə şəftəli, nektarın, albalı, fındıq, gavalı, ərik və sairləri daxildir.

Mənim fikrimcə, sahibkar risk sevən olmalıdır.
Rəşad Məmmədov
Təsisçi

EY İlin İş Adamı müsabiqəsi liderlik və uğur nümayiş etdirən şəxslər və şirkətlərin sahibkarlıq nailiyyətlərini üzə çıxarır.

Ərizə qəbulu

Suallarınızı bizə ünvanlandırın

Bizimlə əlaqə