EY İlin İş Adamı müsabiqəsi Azərbaycanda

EY İlin İş Adamı öz cəmiyyətində, ölkəsində və dünyada həyat keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan, liderlik bacarığı nümayiş etdirən şəxslərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal bir proqramdır.

Ərizənin təqdim edilməsi üçün son tarix 30 dekabr 2025-ci ildir

Proqram 35 ildən çoxdur ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində təşkil olunur.2019-cu ildən etibarən, EY İlin İş Adamı (EOY) müsabiqəsi Azərbaycanda da keçirilir. Proqramın məqsədi yerli sahibkarları layiqincə qiymətləndirmək, dəstəkləmək və birləşdirməkdir. EY İlin İş Adamı müsabiqəsi Azərbaycan cəmiyyətinə və iqtisadiyyatına müsbət təsir göstərən uğurlu sahibkarları və onların töhfələrini tanıyır.

EY İlin İş Adamı müsabiqəsində iştirak etməklə sahibkarlar öz həmkarları ilə əlaqə qura, bizneslərini böyütmək üçün yeni yollar kəşf edə, şirkət və komanda profillərini yüksəldə bilərlər. Milli mərhələnin qalibi Monakoda keçiriləcək nüfuzlu Dünya Üzrə EY İlin İş Adamı Yarışında Azərbaycanı təmsil etmək imkanını əldə edirlər.

Bu il EY “İlin İş Adamı” müsabiqəsi sahibkarlar və sənət ustaları arasında bir çox oxşarlıqları üzə çıxaran “The Shapers” mövzusuna həsr olunub. Mövzu seçimində əsas məqsəd uyğun paralellər aparmaqla hamımız üçün daha inamlı gələcək quran sahibkarların nailiyyətlərini tanımaq və layiqincə qiymətləndirməkdir. Uğursuzluqlara, çətinliklərə və risklərə baxmayaraq sahibkarlıq ruhunu üstün tutan və yollarına davam edən iş adamları cəsarətli ambisiyalarını reallaşdırır və hər addımlarında ustalıq nümayiş etdirirlər.
Biznes nəqqaşlıq ustalığı olan batikaya bənzəyir – bu incə sənət dəqiqlik və səbir tələb edən, unikallıq və yüksək peşəkarlıqla seçilən yaradıcılıq nümunələrinin yaranmasına yol açır.

EY İlin İş Adamı 2026 - Məlumatlandırıcı broşür

Azərbaycan üzrə EY İlin İş Adamı müsabiqəsinin qalibləri 


eoy-sponsors-en-az-abb
ey-eoy-sponsors-en-bp
EY EOY Partners
APFM and Finansist

     Suallarınızı bizə ünvanlandırın

Bizimlə əlaqə