Azərbaycan üzrə EY İlin İş Adamı müsabiqəsinin iştirakçıları

Qaliblərin adı mükafatlandırma mərasimində açıqlanmışdır.


Qaliblər

Berry Blues by We Grow Azərbaycanda mavigilə istehsalı və tədarükündə pionerlik edən şirkətdir. 

Risklərə, çətinliklərə və maddi itkilərə rəğmən İlyas Əhmədov və Mehri Əhmədova mavigilə istehsalı və təchizatında lider mövqe tutmağı bacardılar. Şirkətin uzunmüddətli hədəfi Azərbaycanı 7 ay ardıcıl fasiləsiz mavigilə istehsalı həyata keçirən ölkələr sırasında tanıtmaqdır.

Ilyas Ahmadova and Mehri Ahmadova
Limitimiz səma deyil - torpaqdır

Kənd təsərrüfatında inkişaf

AZSAFFRON zəngin ailə ənənəsinə əsaslanaraq premium keyfiyyətli zəfəran və bu bitkidən hazırlanmış eksklüziv məhsullar istehsal edir. 

Sahibkar yerli zəfəran istehsalçılarını dəstəkləyir, zəfəranın yetişdirilməsi ənənəsinin qorunub saxlanılmasını təşviq edir. 

Şirkətin uzunmüddətli hədəfi AZSAFFRON brendini dünyanın aparıcı lüks brendi kimi tanıtmaqdır.

Mushfig Huseynov
Dəyəri birgə yaradan ailə, dünyanı ilhamlandıran miras

Ən yaxşı müştəri həlli

Crocusoft dövlət və özəl sektorlarda fəaliyyət göstərən müştərilərini innovativ İT həlləri ilə təmin edir. 

Crocusoft Azərbaycanda dövlət xidmətlərini mobil platformalar vasitəsilə əlçatan edən ilk şirkətlərdən biridir.  Sahibkar texnologiya sahəsində mütəxəssislərin yetişdirilməsi məsələsinə xüsusi önəm verir.


Rufat Babakishiyev
Uğur təsadüf deyil, zəhmət və düzgün komandanın nəticəsidir.

Enerji keçidi həlləri

Green Life Engineering sənaye və kommersiya obyektləri üçün bərpa olunan dayanıqlı enerji həlləri yaradır. Şirkətin məqsədi gələcəyin enerjisi sayılan, ətraf mühitin mühafizəsinə töhfə verən və karbon emissiyalarını azaldan təmiz enerji həllərinə keçidi təmin etməkdir.

Orxan Məmmədovun hədəfi Azərbaycanda enerjini strateji aktiv kimi dəyərləndirən bir model qurmaq və enerji fondu yaratmaq və bu fond vasitəsilə həmin modeli regiona və dünyaya daşımaqdır.

Orkhan Mammadov
Bugünün enerjisi ilə sabahın iqtisadiyyatını qururuq.

Ətraf mühitə töhfə

Apar velo paylaşım şirkəti tamamilə yeni xidmət sistemini yaradaraq innovativ velosiped icarəsi modelini təqdim etdikdən sonra qısa müddətdə sürətlə genişlənmiş və təxminən 200 min istifadəçini cəlb etməyə nail olmuşdur. 

Üzunmüddətli perspektivdə Apar regionun aparıcı mikromobillik platformasına çevrilərək avtomobillərdən asılılığın azaldılmasına əhəmiyyətli töhfə verməyi hədəfləyir.

Samir Karimov
Günə hazır olmasan da, hər gecənin bir sabahı var

İnnovasiya

Code Academy-ni yaratmaq qərarını verməzdən əvvəl sahibkar bazarı araşdırmış və ali təhsil müəssisələrinin məzunlarının praktiki biliklərinin bazarın real tələblərinə cavab vermədiyini müşahidə etmişdir. 

Tədris mərkəzi 120 nəfərlik komandası ilə proqramlaşdırma, kibertəhlükəsizlik, dizayn, data və rəqəmsal marketinq üzrə təlimlər keçirməklə Azərbaycanda 10 mindən çox insana texnologiya sahəsində karyeraya başlamaqda dəstək göstərmişdir. 

Ülvi Aslanov
Uğur bacarığını kəşf etdiyin anda yox, onu başqa birisinə ötürə bildiyin anda yaranır.

Regional inkişaf

EEL Electric energetika sektorunda fəaliyyət göstərir.

Zavodda müasir texnologiyalar tətbiq olunaraq aşağı və orta gərginlikli elektrik paylayıcı qurğuların istehsalı həyata keçirilir.

2022-ci ildə istehsal zavodu Bakıdan Ağdamdakı Sənaye Parkına köçürülmüşdür.

Bəxtiyar Hüseynov
Hər bir kiçik addım, böyük uğurların başlanğıcıdır; inancınız və əzminiz sizi hədəflərinizə daşıyacaq

Qadın sahibkarlığı

Goranboy rayonunda yerləşən 6,000 kvadratmetrlik tibb müəssisəsi bölgənin səhiyyə xidmətlərinə artan tələbatını qarşılayır və iri şəhərlərə səfər etmək ehtiyacını xeyli azaldır.

MedLife Hospital tam avtomatlaşdırılmış laboratoriya sistemləri, müasir diaqnostika alətləri, o cümlədən MRT və KT, həmçinin Azərbaycanın regionları üçün nadir olan açıq MRT cihazı ilə müayinə xidmətini təqdim edir.

Gunay Mustafayeva
Qadın güclü olsa hər şeyi bacarar

EY İlin İş Adamı proqramına mühüm töhfələrə görə xüsusi mükafat

18 ildən çoxdur ki, bazarda fəaliyyət göstərən Times Consulting şəhər mühitinin keyfiyyətini artırmaqla brendlər üçün dəyər yaradır. 

Agentlik istehlakçı davranışı və media trendlərini yaxından izləyir və daim işçilərərin inkişafı, müasir texnologiyalar və innovasiyalara investisiyalar edir.

Elgar Baghirov
Genişmiqyaslı və dayanıqlı icra ilə dəstəklənməyən strateji baxış dəyər yaratmır

Biznesə başlamazdan əvvəl 10 il neft sektorunda çalışmış Elmira İsmayılova cəsarətli qərar verərək tamamilə fərqli sahədə unikal məkan yaratmaq ideyasını reallığa çevirdi. 

Canlı caz musiqisi və dadlı təamları ilə Best Place istedadlı musiqiçilərin ifa etdiyi, xarici qonaqların Azərbaycan mədəniyyəti ilə tanış olduğu və məkana üz tutan hər kəsin ruhunu dincəltdiyi bir ünvandır.

Elmira Ismayilova
Biznesimlə mədəniyyət yaradıram, mədəniyyətimlə Azərbaycanı dünyaya tanıdıram

Embafinans BOKT, kiçik biznes kreditləri və istehlak mallarının kreditləşməsi üçün həllər təqdim edir. 

Şirkətin prioritet inkişaf istiqamətləri rəqəmsallaşma, innovativ texnoloji həllər və insan kapitalına investisiyalardır.

Elshad Abbasov
Məqsədimiz müştərilərimizin planlarını sürətli və etibarlı maliyyə həlləri ilə təmin etməkdir

Turizm sahəsində 17 illik təcrübəyə malik sahibkar səyahət etmək, dünyanı görmək və yeni təcrübələr qazanmaq həvəsini brendə çevirib.

Fahri.Travel platforması vasitəsilə sahibkar Azərbaycanın bölgələrini, mədəniyyətini, mətbəxini, və görməli yerlərini tanıdır.

Fahri Mammadli
Yeniliyi xidmətə çevirirəm, xidməti isə təcrübəyə

Jeykhun Imanov Studio dizayn, texnologiya və süni intellektin kəsişməsində fəaliyyət göstərərək veb-saytlar və elektron kommersiya platformalarından tutmuş AI agentlər və dizayn sistemlərinə qədər sahələri əhatə edən kompleks rəqəmsal ekosistemlər qurur.

Uzunmüddətli perspektivdə agentlik xidmət yönümlü modeldən məhsul yönümlü yanaşmaya keçid etməyi və regional və beynəlxalq bazarlara daxil olmağı hədəfləyir.

Jeykhun Imanov
Gələcəyi təsəvvür et və yarat. Yol addım atdıqca açılır.

Safavy əmək bazarında yüksək tələbat olan sahələr üzrə Azərbaycan dilində keyfiyyətli məzmun təqdim edir. 

Bundan əlavə şirkət təhsilə çıxışı məhdud olan qruplar, xüsusilə regionlarda yaşayan qadınlar üçün təhsil imkanlarının genişləndirilməsinə xüsusi önəm verir.

Konul Guliyeva
Təşəbbüskar xanım, ana və dəyərlərə sahiblənən bir insan kimi, çətinliklərə rəğmən, prinsiplərimə sadiq qalmağa çalışıram. Bu gün qurduğum iş, sabah başqalarının ümidinə çevrilməlidir

Clopos restoran və iaşə biznesləri üçün idarəetmə ekosistemi yaradan texnologiya şirkətidir. Şirkət abunəlik modeli tətbiq edən bulud əsaslı çox modullu platforma təklif etməklə daxili serverlərə ehtiyacı aradan qaldırır.

Şirkətin hədəfi Mərkəzi Asiya və Türkiyədə bazar lideri olmaq və MENA regionuna genişlənməkdir.

Murad Hasanov
Rəqabət mühiti inkişafın əsas hərəkətverici qüvvəsidir

Zaqatalada yerləşən istehsal müəssisəsi fındıq qabığından 100% təbii və orqanik kömür istehsalı ilə məşğul olur.

İstehsal prosesi nəticəsində kimyəvi qatqılardan istifadə etmədən daha uzun yanma müddəti olan tüstüsüz və qoxusuz kömür əldə edilir.

Sahibkar, yüksək keyfiyyətli məhsulların təbiətə zərər vurmadan istehsal edilməli olduğuna inanır.

Novruz Ismayilov
Hərəkət həyatdır, dayanmaq isə ölüm

Tibb, sənaye və enerji sektorlarına xidmət göstərən Neutron, bütün biznes mərhələlərində ionlaşdırıcı şüalanmanın təhlükəsiz və məsuliyyətli şəkildə idarə olunmasını təmin edir

Şirkətin göstərdiyi xidmətlər dizayn, radioloji monitorinq, təlim, konsaltinq və avadanlıqların təmiri kimi sahələri əhatə edir. 

Rashad Abbasov
Məsuliyyət idarəetmədə ən ali dəyərdir

Amazon Travel əsasən korporativ sektorda turizmin gəlmə və getmə istiqamətləri üzrə fəaliyyət göstərir və müştərilərinə səyahətlə bağlı geniş xidmətlər təklif edir.

Şirkət Körfəz ölkələri və Cənubi Asiyadan turist axınını regiona yönləndirməyi, eyni zamanda regionu beynəlxalq bazarlara sistemli şəkildə inteqrasiya etməyi hədəfləyir. 

Seymur Allahverdiyev
Bəzi şeyləri pul ilə almaq mümkün deyil. Amma səyahət etmək istədiyinizdə Amazon Travel hər zaman yanınızdadır.

Lider Development bazarda 20 ildən çoxdur ki, fəaliyyət göstərən və biznelər üçün ERP həllər təklif edən yerli şirkətdir. 

Şirkətin flaqman məhsulu olan və binaların idarə edilməsi ilə bağlı bütün zəruri xidmətləri özündə birləşdirən Rahat Bina platforması bizneslərə vaxta qənaət etməyə, əməliyyat məsrəflərini azaltmağa və gündəlik əməliyyatları sürətləndirməyə kömək edir. 

Vugar Babayev
Rəqəmsallaşma zəruridir. Etibarlı tərəfdaş isə həlledicidir.