EY İlin İş Adamı 2021 müsabiqəsinin iştirakçıları

Qaliblərin adı mükafatlandırma mərasimində açıqlanmışdır.

Qalib

Resm” zinyət əşyaları qədim Azərbaycanın naxış və bəzəklərinin müasir interpretasiyasını təqdim edir. Sadəcə dəbli aksesuar deyil, “Resm”, məmulatları Azərbaycanın mədəniyyəti, ənənələri və ən əsası, ruhu ilə bir əlaqə yaradır. Bütün “Resm” məmulatları dizaynın tarixi mahiyyətini, naxışların mənşəsini və ənənəvi bəzəkləri izah edən fərdi təsvirlərlə təmin olunur. Rəsminə Qürbətovanın söylədiyinə görə “Rəsm”-in ən böyük fərqi, işimizə ürəklə yanaşmağımızdır.”

Sahibkarlıq verdiyi sərbəstliyə görə çox dəyərlidir. Bir düşünün, istədiyiniz vaxt istədiyiniz ideyaları gerçəkləşdirmək imkanınız var.
Rəsminə Qürbətova
Təsisçi və dizayner

Aqrar sahədə davamlılıq və regional inkişaf nominasiyası

2016-cı ildə öz arzusunu gerçəkləşdirən Fərid Axundov “Chabiant” adında Azərbaycanın yerli çaxır brendini yaradıb. Şirkətin əsas məqsədi Azərbaycan çaxır brendini dünya səviyyəsində tanıtdırmaqdır. “Chabiant Winery” Rusiya, Çin, Baltikyanı ölkələri, Polşa və Yaponiya kimi bazarlarda yüksək satış göstəricilərini nümayiş etdirib. “Chabiant” prinsipial olaraq çaxırdan savayı heç bir içki istehsal etmir. Bunun əsas səbəbini Fərid Axundov bu cür izah edir: “İstehsal etdiyimiz çaxır alkoqol içki kimi deyil, insanların bir-birilə daha xoş atmosfer yarada biləcək, mədəniyyət içkisini istehsal etmək məqsədini qoyuruq.”

Torpaqla davranış, ətraf mühitə qayğı və övladlarımızı böyütmə tərzindəki gündəlik hərəkətlərimiz və qərarlarımız gələcək nəsillərə davamlı bir dünya yaratmağa gətirib çıxarmalıdır.
Fərid Axundov
Təsisçi

Ətraf mühitə müsbət təsir nominasiyası

2017-ci ildən fəaliyyət göstərən “Bioropean” şirkəti, istifadə olunmuş yemək yağının təkrar emalı ilə məşğul olur. Kimya ixtisası olmadan, şirkətin təsisçisi Emin İlyas YouTube təlimləri ilə laboratoriyada praktiki biliklərə özü yiyələndi. Bir il müddətində laboratoriyada sınaq və təcrübələrdən sonra optimal təkrar emal metodunu tapa bildi. Hazırda “Bioropean” öz sahəsində beynəlxalq və yerli sertifikata malik olan yeganə Azərbaycan şirkətidir. İstifadə olunmuş yemək yağı texniki yağa təkrar emal olunur və sürtkü, motor yağı, sənayedə bioyanacaq kimi istifadə olunur.  

Bizneslə məşğul olmaq həm çətindir, həm də maraqlı. Nə qədər öyrənsən yenə də azdır, amma öyrənməyin səni daima irəli aparır.
Emin İlyas
Təsisçi və direktor

İnnovasiya nominasiyası

2015-ci ildən fəaliyyət göstərən “FRAZEX” şirkəti, perspektivli və genişlənə biləcək layihələrə investisiyaları yönəldən çoxsahəli bir qurumdur. Şirkətin üstünlüyü iş keyfiyyətinin peşəkarlığında, yanaşmanın sistemliyində, geniş beynəlxalq tərəfdaş şəbəkəsinin olmasında, habelə biznes qurmaq və idarə etmək sahəsində geniş təcrübəsidir. Şirkətin təsisçisi Camal Xasayevin söylədiyinə görə şirkətin uğur qazanmağının başlıca səbəbi “şirkətin əsas fokusu rəqiblərdə deyil, müştərilərində olmasıdır.”

Böyük məqsədlər qoyun. Kiçik addımlarla başlayın və biznesinizlə birlikdə böyüyün. Səbirli və zəhmətsevən olun. Pul yığmayın, ondansa ətrafınızda sizə yeni, maraqlı və lazımlı bilgiləri öyrədə biləcək dəyərli insanları yığın. Yalnız bu halda hədəfinizə aparan yolda hər bir çətinliyi böyük uğurla aşa biləcəksiniz.
Camal Xasayev
Təsisçi və baş direktor

Sosial təsir nominasiyası

2018-ci ildə təsis edilən “Landau məktəbinin” əsas missiyası şagirdlərin seçdikləri sahələrdə özlərini ən yüksək səviyyələrə yönəldə bilməsi üçün lazımi şərait yaratmaq, onlar üçün ən yaxşı qaynaqları və rəhbərliyi təmin etməkdir. Müəllimlər, gənc şagirdləri istedadlarını tanımağa, yeni bacarıqlara həvəs artırmağa və daima özünəməxsus inkişaf düşüncəsinə yiyələnməyə təşviq edirlər. Emil Leznikin sözlərinə əsasən “biznes üçün və xüsusən də mənim üçün ən böyük çətinlik, işi genişləndirərək və böyüdərək biznesin həcmini iki dəfə artırmaqdır” və “Landau məktəbi” bu işin öhdəliyindən böyük məharətlə gələ bilibdir.

Hər hansı dayanma fasilə deyil, geriləmədir. Daim daha yaxşı olmağa çalışın. Dünənkindən daha yaxşı!
Emil Leznik
Təsisçi

Yazışmaların və bağlamaların sürətli və yüksək keyfiyyətlə, həmçinin, bağlama və yükləri dəmir yolu nəqliyyatı və təyyarə ilə çatdırılması “Azəri Expresin” əsas fəaliyyət növüdür. Şirkət həmçinin, internet mağazalarla işləyərək, müştərilərin öz alışlarını vaxtında ala bilməsi üçün fəaliyyət göstərir. Anar Qəribovun uğur resepti  belədir: “Biznesi qurarkən ən əsas məqsəd pul qazanmaq deyil, yeni bir məhsul yaxud servis yaratmaqdır.”

Məndən istiqamət gözləyən birini işə götürmək əvəzinə, şirkətə düzgün istiqamətdə rəhbərlik etməyimə kömək edəcək birinə üstünlük verirəm.
Anar Qəribov
Təsisçi

LOGIST” şirkəti müştərilərin fərdi ehtiyaclarına uyğun hər növ logistik həllər təklif edir. Şirkətin xidmətləri müştərilərin bazarda rəqabət mövqelərini gücləndirməsinə dəstək olur. “Logist” fəallıq, məsuliyyət, yüksək iş etikasına sahiblik və işlərində şəffaflığı təbliğ edir. Şirkət logistika prosesinin hər mərhələsində müştərilərlə əməkdaşlıq edir. Ceyhun Mustafeyev söylədiyinə görə “biznesin qurulması və inkişafında əsas istiqamət müştəri məmnuniyyətinin təmin edilməsidir”.

Daima yeniliklərə açıq olmaq, bir müddət sonra özünün yenilik yaratmağına gətirib çıxarır.
Ceyhun Mustafayev
Təsisçi

Max Print” şirkəti Azərbaycanın ən böyük çap və reklam istehsalçısı şirkətlərindən biridir. Şirkət 2005-ci ildə təsis olunmuşdur. Etibarlı və operativ rəqəmsal çap, genişformatlı çap, promo və korporativ hədiyyələrin hazırlanması, açıq və qapalı məkanlar üçün müxtəlif növ reklam vasitələrinin istehsalı, dizayn xidmətləri, ticarət mebeli və POS stendlərin hazırlanması ilə məşğuldur. “Max Print” şirkəti hər zaman çap və reklam istehsalı sahəsində innovativ yeniliklərə imza atır. Şirkətin texnoloji bazası ən son avadanlıq və proqram təminatlarına uyğun formalaşmışdır.

Zaman hər kəs üçün əhəmiyyətlidir. Bu səbəbdən xidmətlərimizin operativ olmasına daim çalışırıq.
Amis Hüseynzadə
Direktor

Bazarda ölçmə cihazlarının yoxlama və kalibrləməsinə olan tələbatı qarşılamaq üçün Mahmud Qubatov 2017-ci ildə “Optimum Metrology Services” təsis olunmuşdur. O, Azərbaycanda yeganə şirkətdir ki, İSO 17025 -2017 standartı üzrə yoxlama və kalibrləmə laboratoriyası olaraq akkreditasiya olunub. Akkreditasiya sahəsinə kütlə, təzyiq, temperatur, elektrik, mexaniki-həndəsi, fiziki-kimyəvi, biotibbi və digər cihazların yoxlanması və kalibrlənməsi daxildir. Laboratoriya ən müasir yoxlama avadanlıq və işçi etalonlarla təchiz olunub. “Rəqiblərimizdən fərqli olaraq bizim ən böyük üstünlüyümüz ən yeni akkreditasiyaya malik olmağımızdır” – deyərək Mahmud Qubatov bildirir.

Proqres. İnkişaf. Dəqiqlik.
Mahmud Qubatov
Təsisçi

Fəaliyyət göstərdiyi 7 il ərzində Azərbaycanda böyük şirkətlərlə işləyərək “Şeh” müştərilər tərəfindən böyük inam qazanıb. Fəaliyyətinə Türkiyədə başlayaraq “Şeh” istənilən ölçülü məkanlarda gündəlik və əsaslı təmizlik sahəsində böyük təcrübə qazanmış və bu xidmət növünün bütün qayda və ənənələrini öyrənmişdir. Şirkətin təsisçisi Eyvaz Əliyev biznesinin uğurunun əsas səbəbini “hər zaman özünü müştərinin yerinə qoymaqda” görür, bu da biznesin inkişafına və müştərilərin inamına gətirib çıxarır.

Keyfiyyətli nəticə təsadüfi ola bilməz. Çox düşünmək, çox çalışmaq lazımdır. Keyfiyyət təsadüf deyil.
Eyvaz Əliyev
Təsisçi

Şimal Servis” topdan və korporativ müştərilərini tikinti və təmir üçün əl alətləri, tikinti və təmir üçün elektrik alətləri, alət və avadanlıqlar üçün sarf materialları, avadanlıq və maşınlar, tikinti avadanlığı, bağ sahəsi üçün alətlər və fərdi sahə üçün avadanlıq və peşəkar tikiş maşınları, elektrodlar, avtomobil sənayesində istifadə olunan alətlər, elektrik alətləri məhsullarla təmin edir. Şirkət müştərilərin bütün kateqoriyalarına müxtəlif qiymət seqmentlərinin məhsullarını təqdim etməyə çalışır, bu da bazar payının genişləndirilməsində vacib rol oynayır. Fuad Zülfüqarovun “Şimal Servis“ üçün uzunmüddətli məqsədlərindən biri də Azərbaycanda istehsal prosesinə başlamaq və nəticədə nəqliyyat xərclərini xeyli azaltmaqdır.

Güclü və inkişaf edən bir iqtisadiyyat inkişaf etmiş kiçik və orta sahibkarlığın nəticəsidir. Kiçik və orta sahibkarlığın inkişafı təkcə sahibkarın əməyinin nəticəsi deyil, həm də dövlətin dəstəyidir.
Fuad Zülfüqarov
Direktor

EY İlin İş Adamı müsabiqəsi liderlik və uğur nümayiş etdirən şəxslər və şirkətlərin sahibkarlıq nailiyyətlərini üzə çıxarır.

Ərizə qəbulu

Suallarınızı bizə ünvanlandırın

Bizimlə əlaqə