Azərbaycan üzrə EY İlin İş Adamı müsabiqəsinin iştirakçıları

Qaliblərin adı mükafatlandırma mərasimində açıqlanmışdır.

Qalib

Öz biznesinə başlamazdan əvvəl olduqca uğurlu karyera qurmuş Gülbəniz mürəkkəb problemləri həll etməklə yanaşı yerli kadrlar və biznesləri dəstəkləyən bir şirkət yaratmaq arzusunu reallaşdıra bilmişdir. Princeps Legem, konsaltinq və işçilərin inkişafı da daxil olmaqla kompleks xidmətlər təqdim edərək sənayenin ən iri şirkətləri ilə əməkdaşlıq edir. Gülbəniz komandasının əsasən qadınlardan ibarət olmasını şirkəti fərqləndirən üstünlüklərdən biri kimi qiymətləndirir. Biznesini genişləndirərək yeni bazarlara daxil olan Gülbəniz dürüstlük, mükəmməllik və mənalı sosial təsir prinsiplərinə sadiqliyini qoruyur.

Gülbəniz Məmmədova
Tertium non datur

İnnovasiya nominasiyası

Bəhruz Rüstəmovun rəhbərliyi altında Upsystems təkrarlanan tapşırıqları avtomatlaşdırmaq üçün süni intellekt əsaslı botlardan istifadə edərək iş proseslərinin transformasiyasına xüsusi diqqət yetirir və bununla da məhsuldarlığı artırır və müştəri təcrübəsini təkmilləşdirir. Firma avtomatlaşdırma imkanlarının müəyyən edilməsi və texniki-iqtisadi əsaslandırmadan tutmuş avtomatlaşdırma həllərinin tətbiqi, təlim və dəstəyin təmin edilməsinədək kompleks xidmətlər təklif edir.

Bəhruz Rüstəmov
Biz gözləntilərimizin səviyyəsinə qalxmırıq, hazırlığımızın səviyyəsinə düşürük

Regional inkişaf nominasiyası

Elçin Əliyev Mingəçevirdə yerləşən Regional Hospitalın təsisçisidir. Bölgələrdəki səhiyyə xidmətində boşluğu aradan qaldırmaq məqsədilə, 3500 m²-lik binanı müasir bir tibb mərkəzinə çevirərək Elçin kompleks xidmətlər təqdim etmiş və yerli əhali üçün iş imkanları yaratmışdır. Təkcə 2024-cü ildə xəstəxana göz cərrahiyyəsi, urologiya, neyrocərrahiyyə, plastik cərrahiyyə, LOR cərrahiyyəsi və bir çox digər sahələrdə uğurlu əməliyyatlar həyata keçirmişdir. Ən son texnologiyalar və peşəkar mütəxəssislərdən ibarət komanda sayəsində xəstəxana ağır vəziyyətdə olan xəstələr üçün həyati əhəmiyyət kəsb edən bir müalicə mərkəzi kimi tanınır.

Elçin Əliyev
Uğurun təməli fərqli baxış, innovasiya, inadkarlıq və biznes təşəbbüskarlığıdır.

Sənaye lideri nominasiyası

Spektr Group, Azərbaycanda tam inteqrasiya olunmuş Keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması xidmətlərini təklif edən ilk şirkətdir. Şirkətin təqdim etdiyi kompleks həllər mühəndislik və texniki dəstəkdən tutmuş təmir və yekun sertifikatlaşdırmaya qədər müxtəlif sahələri əhatə edir. Spektr Group Azərbaycanda ECITB (Mühəndislik İnşaat Sənayesi üzrə Tədris Şurası) tərəfindən akkreditə olunmuş yeganə şirkət olaraq sertifikatlaşdırılmış təlim təminatçısı kimi də fəaliyyət göstərə bilir. Kamran Salayevin rəhbərliyi altında Spektr Group sürətlə inkişaf edir, yaxın zamanlarda Qazaxıstan, Dubay və Özbəkistanda yeni ofislərin açılması planlaşdırılır.

Kamran Salayev
Mürəkkəb sənaye tələbləri üçün fərdi həllər.

Qadın sahibkarılığnda mükəmməllik nominasiyası

 Səbinə, cəsarətli ideyaları reallaşdırmağa kömək etməklə Azərbaycanda daşınmaz əmlak sektorunun inkişafına mühüm töhfələr verir. SDA Consulting Azərbaycanda və xarici ölkələrdə yaşayış və kommersiya məqsədli daşınmaz əmlakın inkişafı sahəsində peşəkar məsləhət xidmətləri təklif edir. Şirkət, investisiya imkanlarını dərindən təhlil edərək fərdi və yüksək gəlirli həllər təqdim edir, konsepsiyanın yaradılmasından layihənin tam həyata keçirilməsinə qədər hərtərəfli xidmətlər göstərir. Səbinənin idarəetmə yanaşması iki əsas prinsip üzərində qurulur: işə sevgi və mükəmməllik axtarışı.

Səbinə Qazızadə
Hər bir çətinlik araşdırmağa və öyrənməyə sövq edir, bu isə inkişaf edib böyüməkdir.

 Uşaqlıq illərindən Naftalan neftinin müalicəvi xüsusiyyətləri ilə maraqlanan Arzu Abbasov bu marağını uğurlu biznesə çevirməyi bacarıb. 2005-ci ildə yaradılmış Abfarma şampunlar, sabunlar və müalicəvi kremlər də daxil olmaqla tibbi və kosmetik məhsulları istehsal edir və Rusiya, Ukrayna, Özbəkistan və Gürcüstan kimi ölkələrə uğurla ixrac edir. Zəngin təcrübə, innovativ yanaşma və strateji idarəetmə sayəsində Abfarma qlobal səviyyədə tanınan brendə çevrilmişdir.

Arzu Abbasov
Fəaliyyətimizin məqsədi dünyanın hər nöqtəsində insanlara şəfa bəxş etməkdir

İT sahəsində ilk startap layihəsini universitetdə oxuyarkən həyata keçirmiş Fəxri, Azərbaycanın maliyyə texnologiyaları sektorunda innovasiyaların inkişafına mühüm töhfələr vermişdir. GuavaLab, maliyyə texnologiyaları sahəsində ixtisaslaşan nüfuzlu Guavapay şirkətinin İT həlləri təminatçısıdır. Şirkət İT həllərinin yaradılması, keyfiyyət təminatı (QA) testi və maliyyə texnologiyaları sahəsində kompleks həllər təklif edir. Fəxrinin rəhbərliyi altında GuavaLab 6 nəfərlik kiçik bir komandadan 250-dən çox əməkdaşı olan böyük bir təşkilata çevrilmişdir. Azərbaycanda çevik bank xidmətlərini təmin etməklə yanaşı, GuavaLab fəaliyyətini beynəlxalq bazarlara genişləndirməkdədir.

 Fəxri Qasımov
Uğur ideyalar və hərəkətlərlə başlayır

Fərrux Baxşıyev yükdaşıma və ekspeditorluq sahələrində ixtisaslaşan ALS Global Transport şirkətinin Baş İcraçı Direktorudur. Rəqəmsal transformasiyanı prioritet istiqamət kimi müəyyən etmiş Fərrux müasir logistika mərkəzini yaratmağı hədəfləyir. Uzunmüddətli məqsəd Azərbaycanın logistika sektorunu modernləşdirmək və mövcud infrastrukturu təkmilləşdirməkdir. Ölkənin aparıcı şirkətləri ilə əməkdaşlıq edən ALS Global Transport-un sənayeyə verdiyi töhfələr nüfuzlu təşkilatlar tərəfindən tanınır və yüksək qiymətləndirilir.

Fərrux Baxşıyev
Böyük iş görməyin yeganə yolu etdiyiniz işi sevməkdir.

Kənanın strateji yanaşması sayəsində Neon Agency qısa müddət ərzində ölkənin aparıcı rəqəmsal marketinq şirkətinə çevrilmişdir. Agentliyin təklif etdiyi kreativ həllər auditoriyanı cəlb edir və ölçülə bilən nəticələr təmin edir. Neon Agency, strateji planlaşdırma, brendinq, rəqəmsal marketinq, kreativ dizayn, məzmun yaradılması və məlumat analitikası kimi sahələrdə iri şirkətlərlə sıx əməkdaşlıq edir və kompleks xidmətlər təqdim edir.

Kənan Seyidəli
İnadkarlıq və səbr uğurun əsasıdır

Səbinə Pərvizi Bloom Group marketinq agentliyinin təsisçisidir. Korporativ biznesdən sahibkarlığa cəsarətli bir addım atan Səbinə, pandemiyanın tüğyan etdiyi və oxşar şirkətlərin problemlərlə üzləşdiyi dövrdə belə çətinlikləri fürsətə çevirməyi bacarmışdır. Qlobal marketinq təcrübəsindən ustalıqla yararlanan Səbinə, tədbirləri onlayn formata keçirərək bazara yeni xidmət təklif etdi. Bloom Group, brendinq, PR, rəqəmsal marketinq, məzmunun yaradılması, inflüenser kampaniyaları və "turnkey" tədbirlər sahələrində ixtisaslaşır. Agentlik Azərbaycanla yanaşı Özbəkistan, Qazaxıstan və BƏƏ kimi ölkələrdə də təmsil olunur. Səbinənin idarəetmə yanaşması əzmkarlıq, inadkarlıq və innovasiyalar prinsiplərinə əsaslanır.

Səbinə Pərvizi
Çağırışları imkanlara çevirməyə, inamla irəliləməyə, dəyərlərimə sadiq qalıb mənalı dəyişikliklərə yol açmağa çalışıram.

Biznesinə kiçik investisiyadan başlamış Səidənur, zəhməti və strateji baxışı sayəsində qısa müddət ərzində fəaliyyətini genişləndirərək gözəllik xidmətləri sahəsində güclü mövqe tuta bilmişdir. Gənc yaşına baxmayaraq, Səidənur liderlik ruhu və böyük məsuliyyət hissi ilə şəhərin mərkəzində gözəllik salonu açaraq, qarşısına çıxan müxtəlif çətinliklərin öhdəsindən uğurla gəlmişdir.

Səidənur Sideif-zadə
Heç kəs cəsarət etmirsə, o demək deyil ki bu imkansızdır. Hər kəs bir yolu tutursa, bu həmin yolun düzgün olduğu demək deyil.

Fərqli sahələrdə bilik və təcrübəyə malik Şaiq ailəsinə məxsus biznesi inkişaf etdirmək üçün rəqəmsal innovasiya, brendinq və PR kimi həlləri tətbiq etmişdir. Səyləri və əzmkarlığı sayəsində Şaiq ilkin olaraq françayzinq əsasında fəaliyyət göstərən müəssisəni Azərbaycanın aparıcı poçt xidmətləri şirkətinə çevirə bilmişdir. Bu gün AzeriExpress tanınmış FedEx şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi kimi yerli və beynəlxalq yük daşımalarını həyata keçirir.

Şaiq Qəribzadə
Uğursuzluq uğura doğru atılmış bir addımdır