Son 18 il ərzində Nərgiz Kərimova EY Azərbaycan şirkətində işləyib və fərqli istiqamətlər, xüsusən müxtəlif müştərilər, o cümlədən Azərbaycandakı transmilli və yerli firmalara audit xidmətlərinin göstərilməsi ilə məşğul olub.
O, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS), ABŞ-ın Ümumi qəbul olunmuş mühasibat uçotu prinsipləri (ABŞ ÜQMUP) və Azərbaycanın qanunvericiliyinə uyğun hazırlanmış maliyyə hesabatlarının auditi üzrə geniş təcrübəyə malikdir. Bundan əlavə, Nərgiz Hasilatın pay bölgüsü sazişləri (HPBS) və neft-qaz sahəsində milli qanunvericiliyin tələblərinə uyğun hesabatların hazırlanmasında bilik və təcrübəyə malikdir. Nərgiz Kərimova İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) üzvüdür.
Nərgiz Kərimova Azərbaycan Dövlət İqtisad Universitetini İqtisadi əlaqələr ixtisası üzrə bitirib. Bakalavr və magistr pillələri üzrə təhsil alıb.
Nərgiz Kərimova daha yaxşı iş dünyasının qurulmasına necə töhfə verir?
“EY olaraq maksimal dürüstlük, şəffaflıq, sosial və ekoloji məsuliyyət kimi müəyyən dəyərləri rəhbər tuturuq. Lakin, bu dəyərlərin sadəcə təbliği ilə məhdudlaşmaq niyyətində deyilik. Belə mövqe müştərilərlə əlaqələrin və apardığımız işlərin, işgüzar dairələrdə və ətraf icmalarda tərəfdaşlarımızla qurduğumuz münasibətlərin təzahürüdür. Bu, riyakarlıq və ya bir oyun deyil - biz həqiqətən etik qaydalara uyğun və ədalətli biznesə inanırıq.
İşgüzar fəaliyyətimizi xüsusi şəkildə qurmaqla biz, missiyamıza uyğun olaraq şirkətləri uzunmüddətli və dayanıqlı inkişafımız barədə məlumatlandırırıq. Dayanıqlı inkişaf təkrar etmək arzusunda olduğumuz bir mantra deyil - planetimizə ziyan vurmadan, onun resurslarını tükətmədən iqtisadi və sosial artıma nail olmağın yeganə yoludur.”